Pakistanın Baş naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyini bildirib

18 Oktyabr 2020 13:16

Pakistanın Baş naziri İmran Xan ərazi bütövlüyünün qorunması məsələsində Azərbaycana dəstəyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir "Twitter" səhifəsində paylaşım edib.

"Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan silahlı qüvvələrinə ehtiramımızı ifadə edirik. Pakistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərini dəstəkləyir".

Milli.Az