“Mançester Siti”nin Lionel Messinin transferi ilə bağlı planı bəlli olub

18 Oktyabr 2020 13:04

İngiltərənin "Mançester Siti" klubunun Lionel Messinin transferi ilə bağlı planı bəlli olub.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Premyer Liqa təmsilçisi argentinalı hücumçunu qışda heyətinə qatmağa cəhd edəcək.
 
Böyük britaniyalılar İspaniya "Barselona"sına bu transfer üçün 15 milyon funt sterlinq təklif edəcək. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu isə o deməkdir ki, Messi 2021-ci ilin yayında azad agent statusu alacaq. Futbolçunu havayı buraxmamaq üçün "Barselona" onu qışda satmalıdır.

Milli.Az