Bakıda hava əsasən yağmursuz olacaq, rayonlarda isə... - PROQNOZ

18 Oktyabr 2020 12:08

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  22-25, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq.  

Oktyabrın 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz  15-20 dərəcə  isti olacaq.   

Milli.Az