Neftçalada evdə yanğın olub

18 Oktyabr 2020 12:56

Neftçala rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 kv.m yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az