Qazaxıstan XİN Azərbaycanın müstəqillik Gününü təbrik edib

18 Oktyabr 2020 11:09

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 18 Oktyabr - Müstəqillik Gününü təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin Tvitter səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: "Əziz həmkarlar, qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Tərəqqi və firavanlıq arzu edirik!".

Milli.Az