Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

18 Oktyabr 2020 12:38

Çində son sutka ərzində daha 13 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Milli.Az bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 672-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 786 xəstə sağalıb. Ölkədə 252 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az