Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

18 Oktyabr 2020 10:29

ABŞ-ın Harrisonberq şəhərində (Virciniya ştatı) yerləşən ticarət mərkəzlərindən birində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.

Virciniyanın qubernatoru Ralf Nortem öz "Twitter" səhifəsində hadisəni "qaz partlayışı" adlandırıb: "Komandam və mən bu səhər Harrisonberqdəki qaz partlayışından sonra vəziyyəti yaxından izləyirik".

Qeyd edilir ki, hazırda partlayışın səbəbi polislər tərəfindən araşdırılır.

Milli.Az