Qazaxıstanda ötən sutka koronavirusa 100-dən artıq insan yoluxub

18 Oktyabr 2020 10:34

Qazaxıstanda ötən sutka ərzində 104 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aşkarlanan yeni yoluxma halları Nur Sultan (19), Almatı (9) şəhərlərində, Akmolinsk (6), Akyubinsk (2), Almatı (7), Atırau (5), Şərqi-Qazaxıstan (11), Jambıl (1), Qərbi-Qazaxıstan (6), Karaqanda (9), Kostanay (5), Manqistausk (1), Şimali-Qazaxıstan (9), Türküstan (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 109 406 nəfərə çatıb.

Milli.Az