ABŞ-da atışma olub, 7 nəfər yaralanıb

18 Oktyabr 2020 10:14

ABŞ-ın Mesa şəhərində (Arizona ştatı) avtodayanacaq yaxınlığında atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, naməlum şəxslər avtomobildən ərzaq köşklərinin qarşısında toplaşmış şəxslərə atəş açıblar.

Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan 3-ü böyüklər, 4-ü həddi-büluğa çatmayanlar, uşaqlardır. Yaralananlardan birinin (1 yaşlı uşağın) vəziyyəti ağırdır, o xəstəxanaya yerləşdirilib.

Milli.Az