“Ad günün mübarək, Nigar. Bağışla ki..." - Hikmət Hacıyev

18 Oktyabr 2020 09:47

"Ad günün mübarək, Nigar. Bağışla ki, qonşumuz qaniçən Ermənistandır".

Milli.Az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

"Dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb".

Milli.Az