"Barselona" Kumanın rəhbərliyi altında ilk məğlubiyyətini alıb - VİDEO

18 Oktyabr 2020 09:39

İspaniya La Liqasının altıncı turu çərçivəsində "Hetafe" "Barselona"nı qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 56-cı dəqiqədə Hayme Mata vurub.

Beləliklə, "Barselona" yeni baş məşqçisi Ronald Kumanın (iki qələbə, bir heç-heçə) rəhbərliyi altında ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, növbəti turda (oktyabrın 24-ü) "Barselona" öz meydanında Madrid "Real"ını qəbul edəcək.

Milli.Az