İrana qarşı silah embarqosunun müddəti başa çatıb

18 Oktyabr 2020 09:44

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı silah embarqosunun müddətinin başa çatdığını bəyan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran XİN rəhbəri öz "Twitter" səhifəsində yazıb.

C.Zərif bildirib ki, beynəlxalq ictimaiyyət ABŞ-ın səylərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini müdafiə etdi.

Qeyd edək ki, bu qətnamədə İranın nüvə silahı hazırlamaq və ya əldə etmək cəhdlərindən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının qəbul edildiyi bildirilir.

Milli.Az