Moskvada koronavirusdan daha 52 nəfər ölüb

18 Oktyabr 2020 09:14

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 52 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 52 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 958 nəfərə çatıb.

Milli.Az