Ağdaşda ağır yol qəzası olub, ölən var

18 Oktyabr 2020 09:05

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdaş rayonunun Nemətabad kəndi ərazisində "VAZ" və "Chery" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Milli.Az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1988-ci il təvəllüdlü Sadıqov Orxan Cavid oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az