Ombudsman yaralıları ziyarət etdi - FOTO

17 Oktyabr 2020 18:26

Ombudsman Səbinə Əliyeva erməni terroru nəticəsində Gəncədə həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ombudsman həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa baş çəkib.

2 uşağın isə taleyi barədə hələ də məlumat yoxdur.

Milli.Az