Sulşer məsuliyyəti üzərinə götürdü

17 Oktyabr 2020 17:32

"Mançester Yunayted"in baş məşqçisi  Ole-Qunnar Sulşer komandasının mövsümə pis başlaması ilə bağlı edilən tənqidlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb:

"Bütün diqqətlər mənə yönəlməlidir. Çünki mən baş məşqçiyəm, məsuliyyət daşıyıram. Oyunçu və ya nümayəndə kimi "Mançester Yunayted"in bir parçası olduğunuza alışırsınız və psixoloji cəhətdən güclü olmalısınız. Bu müddət mənim üçün oyunçulara nə qədər inandığımızı sübut etmək üçün bir fürsətdir. Qarşıdakı matça mümkün qədər çox diqqət yetirməlisiniz. Bu futbolçuların qalib gələ bildiyini və turnir cədvəlində yaxşı yeri tutmağı bacardığını bilirəm".

Qeyd edək ki, "Mançester Yunayted" bu gün Premyer Liqada "Nyukasl Yunayted"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az