Sabah 15 yaşı olacaqdı...

17 Oktyabr 2020 14:31

Təhsil naziri Emin Əmrullayev bu gecə Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin raket atəşinə tutulması nəticəsində həlak olanlardan birinin məktəbli olduğunu açıqlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, E.Əmrullayev bildirib ki, 15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı: "Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. 

Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. 

Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!"

Qeyd edək ki, Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Ermənilərin raket atəşi nəticəsində bu gün 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.

Milli.Az