"Neymar mütləq "Mançester Yunayted"lə matçda oynayacaq"

17 Oktyabr 2020 14:34

PSJ-nin baç məşqçisi Tomas Tuhel futboçusu Neymarın durumu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, braziliyalı hücumçunun Çempionlar Liqasının qrup mərhələsində "Mançester Yunayted"lə matçda iştirak edə biləcəyini deyib:

"Neymarın problemi yoxdur. Mbappe kimi onunla da danışdım. Dürüst müzakirə apardıq və "Nim"lə oyunda ona istirahət verməyi qərara aldım. Sabah isə Neymar bizimlə olacaq. O, məşq edəcək və "Mançester Yunayted"lə matça hazırlaşacaq. Neymar mütləq meydanda olacaq".

Qeyd edək ki, 20 oktyabr "Park des Prins" stadionunda keçiriləcək PSJ - "Mançester Yunayted" görüşü Bakı vatı ilə 23:00-da start götürəcək.

Milli.Az