Gəncədə müvəqqəti Operativ Qərargah yaradılıb

17 Oktyabr 2020 11:17

Ermənistan Ordusunun Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutması nəticəsində yaranan problemlərin də həlli ilə bağlı müvəqqəti Operativ Qərargah yaradılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Qərargah hadisə nəticəsində evləri dağılan, qalacaq yerləri olmayan sakinlərin müvəqqəti yaşayış yerləri ilə təmin olunması, bəzi ehtiyaclarının qarşılanması ilə məşğul olur.

Milli.Az