Gürcüstanda son sutkada 958 nəfər koronavirusa yoluxub

17 Oktyabr 2020 11:58

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 958  yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 16 285  nəfərə, ölənlərin sayı 128 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5900  nəfər karantində saxlanılır. Virusa yoluxanlardan  7827 nəfərin sağaldığı bildirilir.

Milli.Az