Ter Ştegen "El-Klassiko"nu buraxacaq

17 Oktyabr 2020 12:56

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "El-Klassiko"nu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə baş məşqçi Ronald Kuman danışıb.
 
57 yaşlı mütəxəssis əməliyyatdan sonra bərpa prosesi keçən qolkiperin "Real"la oktyabrın 24-də keçiriləcək matçda meydana çıxa bilməyəcəyini bildirib. Çalışdırıcı almaniyalının meydanlara qayıtma tarixinin dəqiq bilinmədiyini vurğulayıb.

Qeyd edək ki, "Barselona" - "Real" görüşü Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Milli.Az