2 evdən 2800 manatlıq qızıl oğurladı

17 Oktyabr 2020 13:42

Qəbələ Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evindən ümumi dəyəri 2800 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən Bakı şəhər sakini Ə.Məmmədyarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az