"Hər şey bir anda oldu, ev uçdu, heç nə görünmürdü, hər yer qıpqırmızı idi" - Yaralanmış Gəncə sakini

17 Oktyabr 2020 09:57

Ermənistanın növbəti terrorçu hücumu nəticəsində Gəncədə 40-dan çox şəxs yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaralıların bəziləri Gəncə Təcili Tibbi Yardım stansiyasına gətirilib

Yaralanmış Gəncə sakini Ələddin Bayramov bildirib ki, gecə saat bir idi, yatdığımız yerdə atəş etdilər, gurultu qopdu: "Baş hissəsindən xəsarət aldım, daha sonra isə xəstəxanaya gətirildim. İndi özümü normal hiss edirəm".

Ermənistan atəşi nəticəsində yaralanmış digər Gəncə sakini Vaqif Əliyev isə bildirib ki, hər şey bir anda oldu: "Evin ikincisi mərtəbəsi uçdu, çölə çıxdım, heç nə görsənmirdi hər yer qıpqırmızı idi. Başımdan, əlimdən və ayağımdan yaralanmışam".

Gəncə Təcili Tibbi Yardım stansiyasının həkimi Məharət Kərimov qeyd edib ki, gecə saat 1 radələrində 30 yaxın şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib. Lazımi tədbirlər görülüb.

Hazırda şöbədə 2 nəfər nəzarətdə var. Biri əməliyyata hazırlanır. Digər şəxslərin isə vəziyyətini kafi adlandırmaq olar.

Milli.Az