Kamran Əliyev və Kəmaləddin Heydərov Gəncədədir - FOTO

17 Oktyabr 2020 09:33

Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydəriv Gəncədə hadisə yerindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Prokuror və nazir hadisə yerinə baxış keçirir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib.

Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb.

Milli.Az