PSJ-dən Mbappeyə yeni müqavilə təklifi

17 Oktyabr 2020 10:51

PSJ futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi fransalı hücumçu ilə 5 illik müqavilə imzalamaq istəyir. O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 30 milyon avro qazanacaq. Ancaq 21 yaşlı oyunçunun PSJ-də qalmağı düşünmədiyi, "Real"a keçmək istədiyi vurğulanıb.

Qeyd edək ki, Mbappenin PSJ  ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır.

Milli.Az