"Mançester Siti"nin sabiq futbolçusu karyerasını başa vurdu

17 Oktyabr 2020 10:38

Argentina millisinin sabiq futbolçusu Pablo Sabaleta karyerasını başa vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özünün "Tvitter" hesabında yazıb. O, 18 ildən sonra futbolla vidalaşdığını bildirib.

Qeyd edək ki, P. Sabaletanın son klubu İngiltərə "Vest Hem"i olub. O, "Espanyol" (2005-2008) və "Mançester Siti" (2008-2017) kimi klublarda da oynayıb.

Milli.Az