Bakıda 4 nəfəri avtomobil vurub

17 Oktyabr 2020 07:18

Bakının Səbail, Nərimanov və Xətai rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayonunda yolun müəyyən edilməmiş hissəsindən keçən piyadanı avtomobil vurub.

Həsən Əliyev küçəsində 1981-ci il təvəllüdlü Hüseynov Seyran Nəcəfəli oğlu yolu küçərkən onu minik avtomobili vurub.

Həmin rayonda daha bir piyadanı 1956-ci il təvəllüdlü Təhməzov Nizami İbad oğlunu minik maşını vurub. Hadisə zamanı onun sol baldırı sınıb.

Səbail rayonunda da eyni motivli hadisə qeydə alınıb. 20-ci sahə adlanan ərazidə 1967-ci il təvəllüdlü Dəmirov Qulu Həziqulu oğlunu minik avtomobili vurub.

Xətai rayonu Qaçaq Nəbi küçəsində yolun müəyyən edilməmiş hissəsindən keçən 1974-cü il təvəllüdlü Qəniyev Şəhrizad Əli oğlunu avtomobil vurub.

Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az