Bakıda davaya müdaxilə edən şəxsin boğazı kəsilib

17 Oktyabr 2020 07:08

Bakının Xətai rayonunda dava zamanı bir nəfərin boğazı kəsilib

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Mehdiyev Elnur Tapdıq oğlu yaşadığı məhəllədə xalası oğlunun döyüldüyünü görüb. O tərəfləri sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman E.Mehdiyevin boğazına bıçaqla zərbə vurulub. O çoxlu qan itirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Milli.Az