Türkiyənin Ədliyyə naziri: “Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi”

17 Oktyabr 2020 07:53

"Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi, mülki insanlara hücum edərək insanlığa qarşı cinayətlər törətdi".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül  "Twitter" hesabında yazıb.

O bildirib ki, Ermənistanın bu alçaqlığını lənətləyir: "Həmişə azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Can Azərbaycan heç vaxt tək qalmayacaq".

Milli.Az