Ermənistan qəsdən Gəncədə yaşayış evlərini hədəf alıb

17 Oktyabr 2020 07:13

Gəncədə fərqli unvanlara raket zərbəsi endirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gəncədə raketlərin düşdüyü yerdə yaşayış binaları, Uşaq Poliklinikası yerləşir.

Hazırda Gəncədə axtarış-xilas etmə işləri davam etdirilir.

Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Milli.Az