Ermənistan Xocalıda etdiyi kimi Gəncədə də qadın, uşaq demədən cinayət törədir - Türkiyə prezidentinin sözçüsü

17 Oktyabr 2020 04:59

Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Ermənistanın Gəncə şəhərində mülki əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasına münasibət bildirən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" hesabında yazıb.

İbrahim Kalın bildirib kiErmənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Ermənistan Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı, dinc sakin demədən cinayət törədir. Bu hüquqdankənar fəaliyyət və qətliamlar qarşılıqsız qalmayacaq.

Milli.Az