Hikmət Hacıyev: Gəncədə 40-a yaxın dinc sakin xəsarət alıb, 10 nəfər həlak olub - YENİLƏNİB

17 Oktyabr 2020 04:14

04:14

Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 40-a yaxın insan xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasəti dayandırılmalıdır".

03:54

Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 35 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

XXX

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.

Milli.Az