Hikmət Hacıyev: Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir

17 Oktyabr 2020 02:43

Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinə qarşı qorxaqcasına və xaincəsinə raket hücumları edilməsi, o cümlədən Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "twitter" hesabında yazıb.

Milli.Az