Hikmət Hacıyev: Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir

17 Oktyabr 2020 02:01

Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.

O bildirib ki, Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar. Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Ermənistan dövləti terror siyasətinin təzahürüdür.

Milli.Az