Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar - VİDEO

17 Oktyabr 2020 01:48

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında deyib.

O bildirib ki, humanitar atəşkəsin arxasında gizlənən Ermənistan silahlı qüvvələri terror və hərbi cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Dağıntı və tələfat dəqiqləşdirilir.

Milli.Az