Hikmət Hacıyev: “Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb”

17 Oktyabr 2020 01:27

"Son dəqiqə: Ermənistanın humanitar barışıq silahlı qüvvələrinin arxasında gizlənmək terror və hərbi cinayət əməllərini davam etdirir".

Milli.Az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında yazıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb: "Xəsarət və zərərlər müəyyənləşdirilir".

APA-nın yerli müxbiri Gəncədən xəbər verir ki, mülki əhali arasında yaralananlar var.

Milli.Az