Paşinyan parçalanmış elitanı bərpa etməyə çalışır

16 Oktyabr 2020 20:55

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda gərginlik fonunda güclənmiş elitadaxili parçalanmanın qarşısını almağa çalışır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı yazır.

Qeyd olunur ki, bunu baş nazirin sonuncu çıxışı da təsdiq edir. Bir sıra istiqamətlərdə davam edən geriçəkilmələr və itkilərin sayının artması ölkədə hakimiyyətin yüksək təbəqəsində qütbləşmələr yaradıb. Təsadüfi deyil ki, Dağlıq Qarabağdakı münaqişənin pik vaxtlarında N.Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktorunu vəzifədən azad etməli olub. Baş nazirin özünün bir neçə ay əvvəl təyin etdiyi direktor ölkədə kifayət qədər qərbyönümlü fiqur hesab olunurdu.

İstisna deyili ki, ölkədə baş verən hadisələr şərti Rusiyayönümlü düşərgənin formalaşmasına gətirib çıxaracaq. Hesab olunur ki, bu düşərgəyə həm indiki müxalifətçilər, həm də keçmiş hakimiyyət üzvləri, məsələn, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan daxildir. Yəqin ki, Moskvada da bu tendensiyanı hiss edirlər. Təsadüfi deyil ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin həm S.Sarkisyanla, həm də R.Koçaryanla görüşüb. R.Koçaryan isə öz növbəsində cəbhə bölgəsində baş nazirdən əvvəl getməklə hərbçilər arasında öz nüfuzunu yüksəldib. Yerli mənbələr təsdiq edir ki, son hadisələr Yerevanda Moskvayönümlü düşərgənin yaranmasını gücləndirib və N.Paşinyan birlik haqqında çıxışlarla bu prosesin qarşısını almağa çalışır.

Milli.Az