ABŞ Dağlıq Qarabağda davam edən zorakılığı qətiyyətlə pisləyir - Kortni Avstrian

16 Oktyabr 2020 18:09

ABŞ Dağlıq Qarabağ münaqişə zonasında davam edən zorakılığı qətiyyətlə pisləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kortni Avstrian deyib.

O bildirib: "Biz həlak olanların yaxınlarına başsağlığımızı veririk, yaralılara tezliklə sağalmasını arzu edirik. ABŞ Dağlıq Qarabağ münaqişə zonasında davam edən zorakılığı, o cümlədən mülki əhaliyə zərbələri qətiyyətlə pisləyir".

Milli.Az