Türkiyənin məşhur modeli Çağla Şıkel Azərbaycana dəstəyini nümayiş etdirib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, məşhur model "Instaqram" hesabının hekayə bölümündə foto paylaşaraq Mustafa Kamal Atatürkün dediklərini yazıb:
"Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir".
Bundan əlavə, Çağla sözügedən posta "İki dövlət, bir millət" sözlərini də əlavə edib.
Qeyd edək ki, Çağla Şikel Azərbaycan əsillidir.
Milli.Az