Ermənilər Hadrutda alban kilsəsini də təhqir edib - FOTO

16 Oktyabr 2020 17:44

Hadrutdakı alban kilsəsi erməni vandallığına məruz qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Qeyd olunub ki, ermənilər Xocavənd rayonunun Tuğ kəndində yerləşən və 13-cü əsrə aid olan Qtçavank alban kilsəsini təhqir ediblər.

Bu fakt ermənilərin müqəddəs məbədlərə münasibətini və müxtəlif mədəniyyətlərə dözümsüzlüyünü göstərir.

Milli.Az