Rumıniyada koronavirusa gün ərzində yoluxanların sayı 4 mini keçib

16 Oktyabr 2020 20:25

Rumıniyada koronavirusa yoluxanların sayı 168 min 490 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 24 saat ərzində 4013 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 5674 nəfərdir, 125 min 9 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Milli.Az