Ermənistan Avropa şəhərlərində təxribatlar törətməkdənsə, Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır - Hikmət Hacıyev

16 Oktyabr 2020 17:14

Ermənistan Avropa şəhərlərində təxribatlar törətməkdənsə, Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Ermənistan hökumətinin təşəbbüsü ilə ermənilər Avropa şəhərlərində aksiyalar keçirir.

Milli.Az