Ermənistan növbəti dəfə qəbiristanlığı atəşə tutdu - FOTO

16 Oktyabr 2020 17:13

Erməni silahlı qüvvələri Ağdam rayonunu atəşə tutmağa davam edir.

Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, bu gün ermənilər Ağdam rayonunun Əhmədağalılar kənd qəbiristanlığını ağır artilleriya atəşinə tutub.

Hadisə nəticəsində qəbiristanlıqda onlarla qəbir dağıdılıb, qəbir daşları qırılıb.

Milli.Az