Türkiyənin böyük şəhərlərində COVID-19 həyəcanı - Xəstələr artır

16 Oktyabr 2020 19:38

Son bir həftə ərzində başda İstanbul və Bursa olmaqla, Türkiyənin böyük şəhərlərində COVID-19 xəstələrinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Ölkə ərazisində koronavirusla mübarizənin artıq yeddi aydır davam etdiyini deyən nazir bununla Türkiyə səhiyyə sisteminin çox vacib bir imtahandan uğurla keçdiyini vurğulayıb.

Qeyd edilib ki, pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, sadəcə, COVID-19-un deyil, eyni zamanda, digər nəfəs yolu xəstəliklərinin də qarşısının alınması baxımından çox əhəmiyyətlidir.

Milli.Az