Koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlanıb

16 Oktyabr 2020 21:59

Eyni zamanda həm adi qrip, həm də COVID-19 əleyhinə burun spreyi hazırlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, spreyi Honkonq Universitetinin alimləri düzəldiblər.

Spreyin tərkibində qripə və koronavirusa qarşı peyvənd var. Sprey-peyvəndin insanlar üzərində sınaqlarına gələn ay başlanıla bilər. Ehtimal edilir ki, sprey virusların, o cümlədən COVID-19 infeksiyasının birbaşa burunda məhvinə kömək edəcək. Viruslar adətən insan orqanizminə burun vasitəsilə düşürlər.

Peyvənd-spreyin klinik sınaqlardan keçirilməsi üçün əvvəlcə 100-ə yaxın adam cəlb etmək planlaşdırılır.

Milli.Az