"Ancaq yemək və vitaminlərlə müalicə olundum" - Melaniya Tramp koronavirusdan danışdı

16 Oktyabr 2020 20:30

ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus diaqnozu qoyulduqdan sonra son iki həftəni necə keçirdiyi barədə açıqlama verib. Birinci xanımın müraciəti Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ Prezidentinin həyat yoldaşı müraciətdə artıq tam sağaldığını deyib.

Oğulu Barronun koronavirusa yoluxduğunu deyən birinci xanım hazırda üçünün də COVID-19 testinin mənfi olduğunu diqqətə çatdırıb.

"Testin nəticəsi mənfi olduğu üçün məmnunam, ən qısa müddətdə vəzifələrimin icrasına qayıdacağımı ümid edirəm. Çox şanslı idim, simptomlar minimal olduqda diaqnoz qoyuldu, lakin sonrakı günlərdə xəstəlik birdən-birə baş qaldırdı. Bədən ağrısı və öskürək oldu, baş ağrısı keçsə də, özümü çox yorğun hiss edirdim", - Melaniya Trampın Ağ Evin mətbuat xidməti tərəfindən 14 oktyabrda yayımlanan açıqlamasında deyilir.

COVID-19 və hər hansı digər xəstəliklərlə mübarizə aparan hər kəs və bütün ölkəsi üçün dua etdiyini söyləyən Melaniya eyni zamanda həmvətənlərini mümkün qədər sağlam həyat tərzi yaşamağa, şəfqət və itaətə əməl etməyə səsləyib.

O, necə müalicə olunduğundan da söz açıb. Amerikalı liderin həyat yoldaşının dediyinə görə, müalicənin ən təbii yolunu seçib, demək olar ki, heç bir dərman qəbul etməyib, vitaminlər və sağlam qidaya üstünlük verib.

Milli.Az