Bu yaşdan yumor hissini itirməyə başlayırıq - Araşdırma

19 Oktyabr 2020 03:30

Kaliforniyadakı Stanford Universitetində aparılan araşdırma yumor anlayışımızın nə zaman yox olduğunu ortaya çıxarıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Humour, Seriously" kitabında yayımlanıb.

Araşdırmada universitetin 2 psixoloqu tərəfindən aparılıb. Belə ki, 166 müxtəlif ölkədən 1,4 milyon insanın gündə neçə dəfə güldüyünü qeydə alan anketə yer verildi.

Nəticədə insanların gülmə sayının azaldığı yaş 23 olaraq qeyd edildi. Aradırmaçılar Jennifer Aaker və Naomi Bagdonas bunun iş dünyasına girməklə əlaqəli olduğunu düşünürlər.

"Independent Türkçe"də bu xəbər, "Böyüyürük, işə qatılırıq və qəflətən "ciddi və önəmli kimsələr" oluruq. Gülüşü qalstuk və şalvarlarla dəyişdiririk" deyə ifadə edildi.

Milli.Az