Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb - FOTO

16 Oktyabr 2020 18:30

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə müxtəlif növ çəkikimi balıq körpələrinin növbəti buraxılışı həyata keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqartırma müəssisələrində yetişdirilən 3 milyona yaxın çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxılıb.

F.Əliyevin sözlərinə görə, sentyabr-oktyabr ayları ərzində Kiçik Qızılağac körfəzinə, Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur kimi balıq körpələrinin buraxılışı həyata keçirilib.

Milli.Az