“Trabzonspor”un futbolçusunda koronavirus aşkarlanıb

16 Oktyabr 2020 19:02

Türkiyənin "Trabzonspor" klubunda koronavirus testinin nəticələri açıqlanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Qara dəniz təmsilçisinin bir futbolçusu virusa yoluxub.

Klub işçiləri, məşqçilər korpusu və futbolçu heyətindən götürülən testin nəticəsi yalnız bir oyunçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin futbolçu artıq təcrid olunub.

Qeyd edək ki, "Trabzonspor" Super Liqanın V turu çərçivəsində oktyabrın 17-də "Başakşəhər"lə qarşılaşmalıdır.

Milli.Az