Biz öz torpaqlarımızı işğadan tam azad edəcəyik - Allahşükür Paşazadə

16 Oktyabr 2020 16:12

Azərbaycan torpaqlarının azad olmasını çoxdan gözləyirdik. Biz 30 ildə çox məyus olmuşduq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, erməni keşişi ilə görüşəndə özünü məğlub hesab edirdi: "Mən onlarla görüşəndə özümü məğlub hiss edirdim, ancaq bunu büruzə vermirdim. Bu gün isə özümü qalib hesab edirəm. Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edir. Bunu çoxdan gözləyirdik. Bunu gözü götürməyənlər, istəməyənlər var, ancaq xalqımızın birliyi, möhtərəm Prezidentimizin qəti iradəsi nəticəsində biz öz torpaqlarımızı işğadan tam azad edəcəyik".

Milli.Az